Qırğızıstan FHN humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkür edib

Qırğızıstan FHN humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkür edib
12:07 23 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin stats-katibi Talaybek Temiraliyev Azərbaycanın Bişkekdəki səfirliyinin birinci katibi Fərhad Məmmədovla Azərbaycanın humanitar yardımının respublikya çatdırılması ilə bağlı məsələni müzakirə edib. "Report" xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ nəticəsində xəsarət alan Qırğızıstan əhalisinə humanitar yardım edilməsiylə bağlı qərar qəbul edib.
Bişkekdə baş tutan görüşdə isə Azərbaycandan gələcək humanitar yükün respublikanın yollarından təhlükəsiz və maneəsiz keçməsi məsələsi müzakirə olunub. Humanitar yükün tərkibinə ümumi dəyəri 1 milyon manat olan ərzaq, tikinti məhsulları və yanacaq-sürtkü materialları daxildir. Yardım karvanının Qırğızıstana təxminən dekabrın 24-də gəlib çatacağı gözlənilir.
Stats-katib T.Temiraliyev hökuməti və Qırğızıstan xalqı adından göstərilən yardıma görə səfirin timsalında bütün Azərbaycan xalqına səmimi təşəkkürünü bildirib.
Görüşün sonunda tərəflər fövqəladə hallarla bağlı xəbərdarlıq və onun aradan qaldırılması sahəsində Qırğızıstan və Azərbaycan arasındakı əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduqlarını qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR