​Erməni nazir: "İran Ermənistanın iki şəhərinin qazlaşdırılmasını 6 aya başa çatdıracaq"

​Erməni nazir: "İran Ermənistanın iki şəhərinin qazlaşdırılmasını 6 aya başa çatdıracaq"
19:17 23 Dekabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ İran 2016-cı ilin birinci yarısında Ermənistanın Meğrı və Aqarak şəhərlərinin qazlaşdırılmasını başa çatdıracaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Yervand Zaxaryan İran-Ermənistan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində keçirilən brifinqdə deyib.
"İranın maliyyə vəsaiti əsasında həyata keçirilən qazlaşdırmanın başa çatdırılmasına az qalıb", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, hər iki şəhər İranla sərhəddə yerləşir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR