Bazarda qida məhsullarının qiyməti qalxacaqsa, otellərdə təqdim olunan qidalar da bahalaşacaq

Bazarda qida məhsullarının qiyməti qalxacaqsa, otellərdə təqdim olunan qidalar da bahalaşacaq
20:33 23 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Devalvasiya ilə əlaqədar olaraq turizm sektorunda xarici valyuta ilə müəyyən olunan xidmətlərin qiymətlərində dəyişiklik olacaq. Amma o xidmətlər ki, Azərbaycanın daxilində manatla göstərilir, onların qiymətlər süni şəkildə artırılmamalıdır. Artırılma olacaqsa, bu, ölkənin ümumi iqtisadi bazarına uyğun şəkildə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda manatın devalvasiyası prosesinin turizm sektoruna göstərəcəyi ilkin təsir barədə jurnalistlərə açıqlamasında söyləyib.
Nazir bildirib ki, əgər bazarda qida məhsullarının qiyməti qalxacaqsa, sözsüz ki, otellərdə təqdim olunan qidalar da bahalaşacaq. Amma ümumi şəkildə ölkədə bu sahədə tənzimlənmə mexanizmləri düzgün qurulsa, o zaman qiymətlərin süni şəkildə artırılmasını müşahidə etməyə bilərik.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR