Poroşenko Prezident İlham Əliyevi təbrik edib

17:02 24 Dekabr 2015
11 Ölkə
Ölkə mətbuatı
A- A+

“Zati-aliləri,
Doğum gününüz münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.
Sizin qətiyyətli liderliyiniz, müdrikliyiniz, zəngin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının bundan sonra da uğurla inkişaf etməsinin və vətəndaşlarının rifahının yüksəlməsinin rəhnidir.
Ukrayna-Azərbaycan münasibətlərinin əsaslı inkişafında Sizin şəxsi rolunuz böyük əhəmiyyət daşıyır. Bizim ən yüksək səviyyədə dialoqun yenidən başlanmasına birgə fəal səylərimiz ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas olacaq.
Ukraynanın etibarlı strateji tərəfdaşı olan Azərbaycanın dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə prinsipial dəstəyinə görə xüsusi təşəkkür etmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə əlaqədar Ukraynanın mövqeyinin dəyişməz olduğunu təsdiq etmək istərdim.
Əminəm ki, dost Ukrayna və Azərbaycan xalqlarının rifahı naminə ikitərəfli münasibətlərimizin müsbət dinamikası yüksələn xətt üzrə inkişaf edəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz güc və enerji, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR