Baş Prokurorluq məktəbli qızı zorlamaqda təqsirləndirilənlərin cəzalandırılmasını tələb edir

Baş Prokurorluq məktəbli qızı zorlamaqda təqsirləndirilənlərin cəzalandırılmasını tələb edir
17:49 24 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Prokurorluq Ali Məhkəməyə kassasiya protesti verib

Baş Prokurorluq Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən protest verib. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan 4 nəfər Abşeron rayon sakininin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
 
 
Müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib. Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
 
 
Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib. 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR