Bakı metrosunda Şaxta Baba və Qar Qız uşaqlara hədiyyə paylayır

Bakı metrosunda Şaxta Baba və Qar Qız uşaqlara hədiyyə paylayır
13:12 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün "Bakı Mertopoliteni" QSC "28 May" metro stansiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə növbəti sosial aksiyaya başlayıb. "Report" xəbər verir ki, tədbir çərçivəsində Şaxta Baba və Qar Qız metro stansiyalarında uşaqlarla görüşərək, onlara hədiyyələr paylayıblar.
Qeyd edək ki, tədbirin Şaxta Baba və Qar Qız personajlarını Bakı Mertopoliteninin işçiləri canlandırıblar. Şaxta Baba obrazında "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar Qız isə qurumun marketinq şöbəsinin rəisi Lalə Babayeva olub.
Şaxta Baba və Qar Qız metronun bütün stansiyalarını gəzəcəklər. Tədbir bir neçə gün davam edəcək.




Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-metrosunda-saxta-baba-ve-qar-qiz-usaqlara-hediyye-paylayir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR