UNEC-də “əlaçı” təqaüdü uğrunda mübarizəyə start verilib (FOTO)

UNEC-də “əlaçı” təqaüdü uğrunda mübarizəyə start verilib (FOTO)
12:28 30 Dekabr 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyası başlayıb. Trend-in məlumatına görə, Təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı müvafiq əmrə uyğun olaraq, universitetdə keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub.

İmtahan sessiyasında tələbələ və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə bütün tədris binalarında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin “Qaynar xətt”inə (146-1-3) müraciət etmək mümkündür. Əlavə olaraq, tələbələr Elektron Apellyasiya Sistemi vasitəsilə də “online” formada müraciətlərini ünvanlaya biləcəklər.

İmtahan sessiyası dövründə UNEC-in rektoru hər həftənin şənbə günü “Açıq qapı” günü keçirəcək.

Qış imtahan sessiyası fevralın 1-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR