AMB: Yanvarın 5-də rəsmi məzənnə 1,5610 AZN/USD

12:37 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-nə ABŞ dollarının rəsmi məzənnəsini 1,5610 AZN/USD səviyyəsində müəyyənləşdirib.
"Report" xəbər verir ki, bununla bağlı AMB rəsmi məlumat yayıb.
***
"Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq, tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bayramqabağı günlərdə AMB tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/amb-yanvarin-5-de-resmi-mezenne-1-5610-azn-usd

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR