Bələdiyyələr kənd və qəsəbələrin sosial həyatında fəal iştirak etməlidir

Bələdiyyələr kənd və qəsəbələrin sosial həyatında fəal iştirak etməlidir
15:48 30 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 30 dekabr, AZƏRTAC
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə yerli əhəmiyyətli məsələlərin həllində kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin fəaliyyəti müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, müşavirdə idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, vergi ödəyiciləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkənin sosial-iqtisadi inkişafında, əhalinin sosial rifahının yüksəlməsində yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin rolu və iştirakından danışıb. Bildirib ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr kənd və qəsəbələrin sosial həyatında fəal iştirak etməli, vergilərin yığılması, vergi uçotunun aparılmasını təşkil etməlidirlər.
Manatın devalvasiyasından sonra yaranmış vəziyyətə toxunan A.Alıyev bildirib ki, rayon icra hakimiyyəti müvafiq qurumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəbləri araşdırılır və müvafiq tədbirlər görülür. Rayon ərazisində qiymətlərin süni şişirdilməsinə yol verən istehsalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.
Müşavirədə rayonun vergi ödəyicilərinə və aidiyyəti təşkilatlara vergilərin vaxtında və düzgün yığılması, ödənilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belediyyeler_kend_ve_qesebelerin_sosial_heyatinda_feal_istirak_etmelidir-915579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR