Həmrəylik Günü Küveytdə qeyd edilib

Həmrəylik Günü Küveytdə qeyd edilib
21:37 30 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycanin Küveytdəki səfirliyində tədbir keçirilib. 
"Report" xəbər verir ki, öncə, tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ünvanladığı müraciət oxunub.
Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı ümummilli lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.
Eyni zamanda tədbirdə “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edib, həmvətənlərimizi bayram münasibətilə təbrik edib.
Tədbirin sonunda bayram ziyafəti verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR