"Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun qüvvəyə minib

"Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun qüvvəyə minib
09:02 1 Yanvar 2016
1502 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun bu gündən qüvvəyə minir.
"Report" xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilib.
2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyənləşib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycan-respublikasinda-2016-ci-il-ucun-yasayis-minimumu-haqqinda-qanun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR