ATƏT-ə sədrlik Almaniyaya keçib

ATƏT-ə sədrlik Almaniyaya keçib
12:07 1 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT.AZ/ Yanvarın 1-dən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyi Serbiyadan Almaniyaya keçib. "Report" xəbər verir ki, Almaniya 2016-cı il boyunca təşkilata rəhbərlik edəcək.
Qeyd edək ki, ATƏT-ə sədr dəyişikliyi rotasiya əsasında hər il baş verir.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT Nazirlər Şurasının dekabrın 3-də Belqradda keçirilən 22-ci iclasında ölkəsinin sədrliyi dönəmində prioritetləri açıqlayıb. Nazir üç əsas istiqamətdə işləmək lazım olduğunu vurğulayıb: böhranlara reaksiya vermək; katibliyin, sahə missiyalarının və təşkilatların gücləndirilməsi; təhlükəsizliyin artırılması.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR