Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az