FHN Grcüstanla sərhəddə yaranmış vəziyyətlə bağlı məlumat yaydı

FHN Grcüstanla sərhəddə yaranmış vəziyyətlə bağlı məlumat yaydı
19:19 3 Yanvar 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın maneəsiz hərəkət etməsi üçün tədbirlər həyata keçirir.

 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayılıb. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. “Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranıb. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılıb. Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR