BMT-nin rəsmi nümayəndəsi persona non-qrata elan edildi

BMT-nin rəsmi nümayəndəsi persona non-qrata elan edildi
21:44 7 Yanvar 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən hökuməti BMT İnsan Haqları üzrə Ali Komissarı İdarəsinin nümayəndəsini persona non-qrata elan edib. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu cür qərarın verilməsinə səbəb diplomatın ölkə haqqında səsləndirdiyi “ədalətsiz ifadələr” olub.    

 

İnsan Haqları üzrə Ali Komissar Zeyd Raad əl Hüseyn dekabrın sonunda  BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Yəməndə yaşayış məntəqələrinə və mülki obyektlərə edilən hücumların əksəriyyətinə görə məsuliyyəti Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri daşıyır.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR