Sabiq prezidentin fikrincə, qaçqınların faydalı iş əmsalı “sıfıra bərabərdir”

Sabiq prezidentin fikrincə, qaçqınların faydalı iş əmsalı “sıfıra bərabərdir”
14:03 9 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 9 yanvar, AZƏRTAC
Çex Respublikasının sabiq prezidenti Vatslav Klausun fikrincə, Avropaya kütləvi axın edən miqrantlar Avropa İttifaqının iqtisadiyyatına heç bir müsbət təsir göstərməyəcək, yalnız xərcləri artıracaqlar. Siyasətçi hesab edir ki, Avropada işçi qüvvəsi onsuz da çoxdur və yerli əhalinin maraq göstərmədiyi işi miqrantların görəcəyini gözləməyə dəyməz. Sabiq prezident bu bəyanatı yanvarın 7-də Olomoutsda çıxışında səsləndirib. Bundan əlavə, o xatırladıb ki, Avropa İttifaqında işsizlik səviyyəsi 10 faizdən çoxdur. V.Klaus Çexiyanın ÇTK informasiya agentliyinin “Kütləvi miqrasiya, Avropa Komissiyasının proqnozunda deyildiyi kimi, gələcəkdə Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərə bilərmi?” sualına cavabında deyib: “Avropada 32 milyon adam işsizdir. Odur ki, bizdə işçiləri sayının çox cüzi olduğunu deməyə əsas yoxdur”.
Sabiq prezident əmindir ki, miqrantlar avropalılar arasında populyar olmayan ağır işi görmək istəməyəcəklər. Vatslav Klaus deyib: “Bura gəlib, içərisində su olan butulkalardan imtina edib “Koka-kola” içmək istəyən adamlar avropalıların işləmək istəmədikləri vakansiyaları tutmağa çətin ki razı olsunlar”. Kütləvi miqrasiyanın Avropa İttifaqı ölkələri üçün ilk növbədə əlavə xərclər olduğunu vurğulayan Vatslav Klaus söyləyib: “Bu aşkardır. Biz görürük ki, bu ölkələrdən miqrasiya edənlər heç də ən yoxsul və imkansız adamlar deyil, əksinədir. Amma bu insanların şəxsi vəsaitləri onları yalnız qısa müddətdə təmin edəcək. Sonra isə onları qayğısı, əlbəttə, müxtəlif Avropa ölkələrinin bu gün onsuz da kəsirdə olan büdcələrinin üzərinə ağır yük kimi düşəcək”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabiq_prezidentin_fikrince_qachqinlarin_faydali_is_emsali_sifira_beraberdir-917167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR