Azərbaycanda yeni bank

Azərbaycanda yeni bank
17:11 30 Dekabr 2014
137 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə bank lisenziyası verilib.

ANS PRESS-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla verdiyi məlumata görə, Türkiyənin T.C. Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdi.

T.C. Ziraat Bankasının müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankında qanunvericiliyə müvafiq olaraq baxılıb. Bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 30.12.2014-cü il tarixli qərarı ilə “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə bank lisenziyası verilib.

Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR