Azərbaycan Respublikasının prezidenti İlham Əliyev A.C. İsgəndərovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə Anar Camal oğlu İsgəndərov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Milli.Az