​Ötən il Azərbaycanda 4 milyondan çox ağac əkilib

​Ötən il Azərbaycanda 4 milyondan çox ağac əkilib
07:52 12 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Ötən il 4 milyondan çox ağac əkilib. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır".
"Report" xəbər verir ki, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında məlumat verib.
Prezident bu siyasətin davam etdirilməli olduğunu diqqətə çatdırıb:
"Ekoloji tədbirlər daim aparılır. Bu siyasət davam etdirilməlidir. Ağacəkmə. Yadımdadır, əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə biz bu işə fəal başlamışdıq. Ancaq hələ o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi proses olmalıdır. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır. Çirklənmiş yerlər təmizlənməlidir. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi keçən il həyata keçirilib. Çirklənmiş və üfunət iyi verən bu ərazi indi artıq adamın gözünü oxşayır. Təmizlənmiş gölə köçəri quşlar qonur. Burada böyük bulvar salınıb. Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsi də bu il icra edilməlidir. Zığ gölünün təmizlənməsi layihəsi də icra edilməlidir. Dövlət büdcəsində bu məqsədlər üçün vəsait tapmaq lazımdır".

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/oten-il-azerbaycanda-4-milyondan-cox-agac-ekilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR