Azərbaycanlı məşhur boksçu "Emil Baku" ağır xəstəliyə tutulub.
Axşam.az baku.ws-ə istinadən xəbər verir ki, məşhur idmançı beyin şişi xəstəliyindən əziyyət çəkir.
Həmyerlimiz boks dünyasında kifayət qədər tanınan idmançılardan biri olub. Uşaqlıqdan boksla məşğul olan Emil 90-cı illərdə ABŞ-da peşəkar idman karyerasını uğurla davam etdirib.
"Emil Baku" adı altında uğurlar qazanan həmyerlimiz indi beynində yaranan xərçənglə mübarizə aparır.
BU LİNKƏ daxil olaraq Emilə maddi yardım etmək mümkündür.