Dövlət Neft Fondu valyuta satışını bərpa etdi

Dövlət Neft Fondu valyuta satışını bərpa etdi
19:18 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilmişdir. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə etmişdir. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 32 banka satılmışdır.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2480082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR