"Donuz qripi"ndən əziyyət çəkən müğənni Bülent Ersoy 1 həftədir İstanbulda xəstəxanada yatır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən evə buraxılması gözlənilən ifaçı buna etiraz edib.
Bülentin etirazına səbəb isə dünən, ayın 13-ünün nəhs gün olmasıdır. Sənətçi bu haqda "mənim batil inanclarım var, 13 uğursuzdur, xəstəxanadan çıxa bilmərəm" deyib.