Kəmaləddin Heydərov Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

Kəmaləddin Heydərov Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb
13:34 15 Yanvar 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın  fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 15-də Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir K. Heydərov qonaqları salamlayaraq ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

O, rəhbərlik etdiyi nazirliyin dost Pakistanın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullah  Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR