ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edə bilər

ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edə bilər
14:55 16 Yanvar 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bu il ləğv edə bilər.

Modern.az saytı xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin koordinatoru Deniel Frid məlumat verib. Frid bunun üçün Moskvanın Minsk razılaşmalarının şərtlərinə əməl etməli olduğunu deyib.

"Minsk razılaşmalarının şərtləri icra olunan kimi, yəni - Donbasda seçkilərin keçirilməsi, hərbi əməliyyatların dayandırılması və Ukraynanın şərq sərhədlərində nəzarəti bərpa etməsindən sonra sanksiyalar ləğv olunacaq. Sanksiyaların 2016-cı ildə ləğv olunması da istisna deyil".

Deniel Frid Rusiyanın məsələyə konstruktiv yanaşdığını vurğulayıb və məsələni diplomatik yolla qısa müddətdə həll edə biləcəklərini deyib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR