İlin uğursuz "11-liyi" və baş məşqçisi açıqlandı

İlin uğursuz "11-liyi" və baş məşqçisi açıqlandı
18:37 30 Dekabr 2014
173 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Sport MediaSet” kanalı 2014-cü ilin ən uğursuz “11-liy”ini yazıb. Apasport.az xəbər verir ki, ən uğursuz 11 futbolçunun hamısı dünya ulduzlarıdır.
 
“Fiasko heyət”ə baş məşqçi də “təyin edilib”. Həmkarlarımız İtaliya yığmasının dünya çempionatında, ilin ikinci yarısında isə “Qalatasaray”ın Çempionlar Liqasında rüsvayçı çıxışını nəzərə alaraq, ən uğursuz baş məşqçi kimi Çezare Prandellini seçib.
 
Qapıçı: İqor Akinfeyev (MOİK, Rusiya)
Müdafiəçilər: Xerard Pike (“Barselona”, İspaniya), Nemanya Vidiç (“İnter”, Serbiya), Kris Smollinq (“Mançester Yunayted”, İngiltərə), Maykl Essyen (“Milan”, Qana)
Yarımmüdafiəçilər: Halk (“Zenit”, Braziliya), Ernanes (“İnter”, Braziliya), Marek Hamşik (“Napoli”, Slovakiya)
Hücumçular: Mario Balotelli (“Liverpul”, İtaliya), Radamel Falkao (“Mançester Yunayted”, Kolumbiya), Fernando Torres (“Milan”, İspaniya)
Baş məşqçi: Çezare Prandelli (İtaliya, “Qalatasaray”)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR