Bakı. Trend:

Türkiyənin Şırnak əyalətində PKK-çılar polislərə hücüm ediblər.

Trend-in Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, hücüm nəticəsində iki polis şəhid olub, 10 polis isə yaralanıb. Yaralılar Xəstəxanaya yerləşdirilib.

Qaçan digər PKK-çıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.

Bizi Twitter-dən izləyin: @trend_az