Bakı, 12 fevral, AzərTAc
Fevralın 17-də “Azestetik Group” şirkətinin təşkilatçılığı ilə Bakıda estetik lazer texnologiyalarına dair I nəzəri-praktiki konfrans keçiriləcək.
Şirkətdən AzərTAc-a verilən məlumata görə, bu sahə üzrə Azərbaycanda ilk dəfə keçirilən konfransda estetik lazer texnologiyaları üzrə məşhur alman mütəxəssisi Udo Şmidt iştirak edəcək və öz təcrübəsini iştirakçılarla bölüşəcək.
Konfransın sonunda uduşlu viktorina olacaq. Qalibə “Aleksandrit” lazer aparatına 10 faiz endirim kartı hədiyyə ediləcək.