[ 12 Fevral 2015 15:33 ]



Bakı. Könül Kamilqızı – APA. “Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təhsillə bağlı irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” IV respublika müsabiqəsinin açılış mərasimində çıxışı zamanı deyib ki, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərindən birinin akademiyanın baza məktəbi kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Onun sözlərinə görə, AMEA-nın elmi-tədqiqat institutlarında magistraturanın təsis edilməsi barədə təşəbbüsü müsbət qarşılanıb və Təhsil Nazirliyi tərəfindən buna müsbət rəy verilib: “Biz əminik ki, bu yaxınlarda əməkdaşlığın yaxşı nəticəsini görəcəyik.

Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən Multi mərkəz və Elm, texnologiya, mühəndislik və riyaziyyat mərkəzinin yaradılması planlaşdırılır. Fürsətdən istifadə edərək bu sahədə böyük təcrübəsini nəzərə alaraq İntel şirkətini həmin mərkəzin yaradılmasında əməkdaşlıq etməyə dəvət edirəm”.