Bakı. Trend:

2016-cı il 1 fevral tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, habelə Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

Bizi Twitter-dən izləyin: @trend_az