[ 12 Fevral 2015 19:19 ]
Bakı – APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Pakistan prezidenti Məmnun Hüseyn fevralın 11-də müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir. M. Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır.