"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
V.Əliyev məhkəmədə ifadə verib. O, özünü təqsirli hesab etdiyini deyib.
Məhkəmənin növbəti prosesi fevralın 5-nə təyin olunub.
Qeyd edək ki, ötən ilin avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyevanın evdən çıxıb geri qayıtmaması ilə bağlı polisə məlumat daxil olub. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarət olan, çürüməyə məruz qalmış meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.