Bakı. Trend:

Türkiyənin paytaxtı İstanbulda 3 naməlum şəxs kafeyə uzunlüləli silah istifadə etməklə hücum ediblər.

Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla saat 20:00-da baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Faktla bağlı polis araşdırma aparır. Hücum edənlərin tutulması üçün keçirilən əməliyatda helikopter iştirak edir.

Bizi Twitter-dən izləyin: @trend_az