A–
Bakı, 3 fevral, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8.13-cü, 8.15-ci və 11.2-ci maddələrinə müvafiq olaraq "İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
QKDK-dan AZƏRTAC-a bildiriblər ki, bu Qaydalar investisiya qiymətli kağızlarına abunə yazılışına və yerləşdirilməsinə dair tələbləri müəyyən edir.