Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
O bildirib ki, Müsavat Partiyasının mövcud birliklərdə təmsil olunmamasının səbəbləri var: "Biz real müxalifət qüvvələri ilə müzakirələrə hazırıq. Müsavat Partiyası doğru bildiyini həyata keçirən partiyadır, bu istiqamətdə öz prinsipiallığı ilə də həmişə fərqlənib. Yəni, bizə olunan təklifi qəbul etmiriksə, deməli, kifayət qədər səbəbləri var. Azərbaycan xalqının milli mənafeyinə uyğun olan məsələlərlə bağlı bütün siyasi partiyalarla, o cümlədən Yeni Azərbaycan Partiyası ilə də müzakirələrə hazırıq. Amma müxtəlif zamanlarda hakimiyyətin oyunlarında iştirak edən partiyalar bizə əməkdaşlıq təklif edirsə, biz reallığa uyğun olaraq cavab veririk".