A–
Lənkəran, 15 fevral, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, Tülkü, Tünbəki” adlı nağıl-pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, uşaqlar üçün yazılmış səhnə əsərinin mövzusu cəmiyyətdə sülhün, dostluq və mehribançılığın təbliğinə həsr edilib.
Uşaqların böyük maraqla izlədikləri tamaşanın quruluşçu-rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları teatrın aktyorlarından Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa edirlər.