“Report”un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda sahibkarlarla görüşündə deyib.
O bildirib ki, dövlət investisiyaları və xarici investorlar sayəsində xeyli tikinti işləri görülüb: “Əvvəllər tikintiyə başlamaq üçün prosedur 245 gün və bəzən də daha çox olub. Aparılan məqsədyönlü siyasətində işçi bir rejim yaradılıb. Yeni mexanizmlər tətbiq edilir. Prezidentin tapşırığına əsasən, bəzi lisenziyalar ləğv edilib. Bu da əlavə vaxt itkisinə yol verməyəcək. Amma lisenziyaların yoxluğu o demək deyil ki, kim nə istəyirsə, edə bilər. Təbii ki, tikinti işləri yeni Şəhərsalma və Tikinti Məcəlləsinə uyğunlaşdırılmalıdır”.