Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Paylaş
·34 baxış·1 dəq oxu
Bakı. 18 fevral. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, monitorinq insidentsiz başa çatıb.