Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib

Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib
18:07 31 Dekabr 2014
126 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 18:05 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin təbrikində son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında önəmli uğurların əldə olunduğunu məmnunluqla qeyd edib.

 

 

“Fikrimcə, 2015-ci ildə də dövlətlərarası tərəfdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təminatının maraqları naminə uğurla inkişaf edəcək”, - deyə Rusiya prezidenti qeyd edib.

 

 

Qeyd edək ki, V. Putin digər MDB ölkələrinin liderlərinə, o cümlədən Ukrayna prezidenti Petro Poroşenkoya da Yeni il münasibətilə təbrik ünvanlayıb.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR