A+
A

Bakı, 27 fevral, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 81 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 37 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 60 nəfər tutulub.

AZERTAG.AZ :Ötən gün respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib