A+
A

Bakı, 1 mart, P.İmanova, AZƏRTAC
Martın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradovun “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qarabağ xalçaçılıq məktəbinin tarixindən bəhs edən nəşrin əhəmiyyətindən danışılıb. Bildirlib ki, kitab-kataloq “Azərbaycan xalçaları bütün qrupları ilə” layihəsinin davamıdır. Burada Qarabağın tarixi inkişafı nəzərdən keçirilir, bölgədə toxunan xalçaların ümumi xarakteristikası, xalçalar, xalça tacirləri, həmçinin boyaqçılar barədə məlumatlar və fotoşəkillər təqdim olunur, toxunan əsas xalça nümunələri, onların üzərindəki elementlərin semantikasından söz açılır.
AZERTAG.AZ :“Qarabağ bölgəsinin xalçaçılıq tarixi” kitabının təqdimatı olub