Bakıda otellərdən xeyli əmlak oğurlanıb.
Milli.Az Bakı şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1974-cü il təvəllüdlü Aqil Həşimov və 1983-cü il təvəllüdlü Nicat Məmmədov tutulublar.
Müəyyən edilib ki, onlar yanvarın və fevralın 2-də Lökbatan qəsəbəsində Natella Quliyevaya məxsus, fəaliyyətdə olmayan oteldən 3 ədəd soyuducu, 15 ədəd kondisioner və televizor, 4 ədəd istilik radiatoru, yanvarın 13-ü və 20-də Könül Mürsəlovaya məxsus oteldən 2 ədəd kondisioner, 25 metr kabel, 6 ədəd radiator oğurlayıblar.
Araşdırma aparılır.
Milli.Az