A+
A

Gəncə, 2 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alan iki tələbəsi bilik və bacarıqlarını təkmilləşdirmək üçün bir aylıq mübadilə əsasında Portuqaliyanın Lusofona Universitetinə yola düşüb.
Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov AZƏRTAC-a deyib ki, tələbələr Xəzər Universitetinin koordinatorluğu ilə Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Avropa İttifaqı araşdırmaları üzrə kurrikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” adlı (CURDEUS) Tempus layihəsi çərçivəsində akademik mübadilə proqramında iştirak edirlər.
Yola düşməzdən əvvəl Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov tələbələrlə görüşüb, onları təbrik edib. Rektor tələbələrin Lusofona Universitetində təhsilləri və mədəni davranışları ilə ali məktəbin nüfuzunu yüksəldəcəklərinə əmin olduğunu bildirib.
Tələbələr də, öz növbəsində, onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, həmçinin Tempus CURDEUS layihəsinin yerli koordinatoruna minnətdarlıq ediblər.
AZERTAG.AZ :Gəncə Dövlət Universitetinin tələbələri Portuqaliyaya yola düşüblər
Gəncə Dövlət Universitetinin tələbələri Portuqaliyaya yola düşüblər
Gəncə Dövlət Universitetinin tələbələri Portuqaliyaya yola düşüblər
Gəncə Dövlət Universitetinin tələbələri Portuqaliyaya yola düşüblər