Livan "Hizbullah"ı İslam dünyasının fəxridir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlamasında dedi:

"Livan "Hizbullah"ı İslam dünyasının fəxridir. Bəzi ərəb ölkələri tərəfindən "Hizbullah"ın terrorist qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir", - deyə səfir bildirib.

Pakayin Hizbullah müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə işarə edərək əlavə etdi: "Dünya müsəlmanları "Hizbullah"ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır".

Səfir daha sonra bildirib: "Hizbullah"ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir.

Milli.Az