Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin ortaq hərbi təlimləri başlayıb. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, təlimlər Türkiyənin Konya vilayətində keçirilir.

"TURAZ Şahini-2016 " adı altında keçirilən təlimlərdə iştirak edəcək Azərbaycan hərbi hava qüvvələrinin heyəti Konya vilayətinə gəlib.

Ortaq hərbi təlimlər martın 25-ə kimi davam edəcək.

Qeyd edək ki, keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az