Bakı. Elçin Hüseynov - Trend:
Ukrayna Prezidenti Petro Poroşenko ölkə hökumətinin tərkibinin qismən dəyişdirilməsinin əleyhinədir. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Prezidentin Ali Radadakı nümayəndəsi Stepan Kubiv bildirib.
O deyib ki, Nazirlər Kabinetinin tərkibinin qismən dəyişdirilməsi məsələsi geridə qalıb: "Yubanmadan yeni tərkibdə Nazirlər Kabineti yaratmaq lazımdır".
S.Kubiv əlavə edib ki, bazar ertəsi axşam P.Poroşenkonun parlament fraksiyalarının rəhbərləri ilə görüşü planlaşdırılıb.
Daha əvvəl "Petro Poroşenko bloku" parlament fraksiyasının rəhbəri Yuri Lutsenko bildirib ki, baş nazir vəzifəsinə namizəd müəyyənləşib, lakin o, namizədin adını açıqlamayıb.
Bizi Twitter-dən izləyin: @trend_az