A+
A–

Bakı, 15 mart, AZƏRTAC
“Rabitəbank”ın həyata keçirdiyi “My Azerbaijan” layihəsinin ilk qalibi müəyyənləşib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində tanınmış fotoqraf Orxan Aslanov və onun ekstremal komandası Azərbaycanın bölgələrində xəzinə gizlədirlər. İştirakçılar “Rabitəbank”ın və Orxan Aslanovun şəxsi Facebook səhifəsini izləyərək, xəzinənin yerini öyrənib onu tapmağa cəhd göstərirlər.
İlk xəzinə Qusar rayonunun Laza kəndində Suvar pansionatın yaxınlığında gizlədilib. Xəzinəni tapan ilk qalib artıq müəyyənləşib. Bu, Qusar rayonun 43 yaşlı sakini Mövlud Əzizovdur.
“Rabitəbank” qalibə layihədə iştirakına görə təşəkkürünü bildirib və 200 AZN məbləğində “Kartmane” plastik kartını təqdim edib.
Növbəti xəzinənin yerini öyrənmək üçün iştirakçılar bankın Facebook səhifəsindən https://www.facebook.com/rabitabank/?fref=ts, həmçinin Orxan Aslanovun Facebook https://www.facebook.com/AslanovOrkhan/?fref=ts və instaqram @myazerbaijanaz səhifələrindən izləyə bilərlər.
AZERTAG.AZ :“Rabitəbank”ın “My Azerbaijan” layihəsinin ilk qalibi müəyyənləşib