Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə talassemiya xəstəliyinin ən çox yayıldığı Masallı, Lənkəran, Göyçay və Şəki şəhərlərində "...qanımdandır" talassemiya xəstəliyi haqqında sənədli film layihəsi gerçəkləşib. Son zamanlar qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyi haqqında çəkilən film Ceyhun Əliyevin layihəsidir. Statistikaya əsasən, Azərbaycan da bu xəstəliyin çox yayıldığı ölkələr qrupuna aiddir.

Milli.Az bildirir ki, bu problemi aradan qaldırmaq üçün dövlət başçısı cənab İlham Əliyev tərəfindən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Proqrama dəstək olaraq gerçəkləşən layihə, hər 4 rayonda gənclər və ziyalılar qarşısında nümayiş olunub. Məqsəd gəncləri maarifləndirmək və nikaha daxil olan zaman müayinədən keçməyi, qanlarını yoxlatdırmağı təbliğ etməkdir.

Layihə çərçivəsində əvvəlcə Orxan Cahangirin rejissorluğu ilə çəkilən "...qanımdandır" adlı talassemiya xəstəliyi haqqında sənədli film nümayiş olundu. Filmdə çəkilişlər Respublika Talassemiya Mərkəzində aparılıb və orada olan bu xəstəlikdən əziyyət çəkən uşaqların həyat tərzi işıqlandırılıb. Filmin nümayişindən sonra Masallı və Lənkəranda Lənkəran Qan Bankının, Şəkidə isə Şəki Qan Bankının əməkdaşlarının köməkliyi ilə könüllü qanvermə aksiyası gerçəkləşdi. "Qan ver, yaşat" deyən gənclər könüllü olaraq bu xəstəlikdən əziyyət çəkən xəstələr üçün qan verdilər. Uğurla yekunlaşan layihə yüzlərlə insanı bu xəstəlik haqqında məlumatlı etdi.

Milli.Az

Talassemiya xəstəliyi haqqında çəkilən film nümayiş olundu - FOTO