"Fly Dubai" aviaşirkəti Rostov-na-Donuda qəzaya uğramış təyyarədəki sərnişinlərin vətəndaşlıqlarını dəqiqləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin sərniçinlərin 44-ü Rusiya, 8-i Ukrayna, 2-si Hindistan, 1-i Özbəkistan vətəndaşıdır.

Rusiyanın Dubaydakı Baş konsulluğu Rostov-na-Donuda qəzaya uğramış "Boeing 737-800" sərnişin təyyarəsinin bütün 7 heyət üzvünün vətəndaşlıqlarını dəqiqləşdirib.

Milli.Az bu barədə Trend-ə istinadən məlumat verir.

7 heyət üzvünün ikisi İspaniya, biri Rusiya, biri Qırğızıstan, biri Kipr, bir Seyşel və biri Kolumbiya vətəndaşıdır.

Qeyd edək ki, Dubaydan uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün Rostov-na-Donuda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər olub. Onların hamısı ölüb.

Milli.Az