Dünya futbolunun holland əfsanəsi Yohan Kruyf bu gün 68 yaşında İspaniyanın Barselona şəhərində dünyasını dəyişib. Fanat.az xəbər verir ki, ölümün səbəbi veteran futbolçuda olan ağciyər xərçəngidi. Bu barədə Kroyffun rəsmi saytında bildirilib.
O, fevralda hələ bu xəstəlikdən müalicə aldığını və hər şeyin yaxşılığa doğru getdiyini bildirmişdi: "Bir neçə tibbi müayinədən sonra deyə bilərəm ki, nəticələr çox müsbətdi. Əla işlərinə görə həkimlərə, narahatçılıqlarına görə xalqa və pozitiv xasiyyətimə görə özümə təşəkkür edirəm. İndi məndə belə bir hissiyyat var ki, hələ başa çatmamış matçın ilk hissəsindən sonra mən 2:0 öndəyəm. Ancaq əminəm ki, mən oyunu qələbə ilə başa çatdıracağam"... Lakin göründüyü kimi, xərçəng xəstəliyi ona qalib gəldi.
Xatırladaq ki, Hollandiyanın "Ayaks", "Feyenord", İspaniyanın "Barselona", "Levante", ABŞ-ın "Los-Anceles Asteks" və "Vaşinqton Diplomats" klublarında çıxış etmiş Yohan Kruyf məşqçi kimi də çalışıb. O, "Barselona", "Ayaks" klublarını və Kataloniya yığmasına baş məşqçilik edib. Kruyf Hollandiya millisində 48 oyun keçirib və 33 qol vurub. Ona futbol oynadığı müddətdə "uçan holland" deyirdilər. Kroyf holland məşqçi Rinus Mixels tərəfindən kəşf edilmiş total futbol fəlsəfəsinin əsas fiqurlarından olub. O, 1971, 1973 və 1974-cü illərdə "Ballon d`Or" mükafatına sahib çıxıb.
Yohan Kruyfun uğurları
Futbolçu
Ayaks
Erediviziya (8 çempionluq): 1965/66, 1966/67, 1967/68, 1969/70, 1971/72, 1972/73, 1981/82, 1982/83
Hollandiya Kuboku (5): 1966/67, 1969/70, 1970/71, 1971/72, 1982/83
UEFA İntertoto Kuboku (1): 1968
Çemionlar Kuboku (3): 1970/71, 1971/72, 1972/73
UEFA Super Kuboku (1): 1972
Qitələrarası Kubok (1): 1972
Barselona
La Liqa (1): 1973/74
Kral Kuboku (1): 1977/78
Feyenoord
Erediviziya (1): 1983/84
Hollandiya Kuboku (1): 1983/84
Hollandiya millisi
Dünya çempionatı: 1974, finalçı
Avropa çempionatı: 1976, 3-cü yer
Məşqçi
Ayaks
Hollandiya Kuboku (2): 1985/86, 1986/87
Kuboklar Kuboku (1): 1987
Barselona
La Liqa (4): 1990/91, 1991/92, 1992/93, 1993/94
Kral Kuboku (1): 1989/90
İspaniya Super Kuboku (3): 1991, 1992, 1994
Çempionlar Liqası (1): 1991/92 (qalib), 1993/94 (finalçı)
UEFA Super Kuboku: 1992
Kuboklar Kuboku (1): 1989 (qalib), 1991 (finalçı)
Fanat.az











