A+
A

Bakı, 28 mart, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 30-da saat 11.00-da Salyanda vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
AZERTAG.AZ :Mədəniyyət və turizm naziri Salyan şəhərində vətəndaşları qəbul edəcək